Əsas Səhifə > Dünya > HSBC varlı müştərilərin vergidən yayınmasına kömək edib
HSBC varlı müştərilərin vergidən yayınmasına kömək edib10-02-2015, 08:41 |
Dünyanın ikinci böyük kommersiya bankı olan HSBC-nin İsveçrə filialı varlı müştərilərin milyonlarıla dollar vergidən yayınmasına kömək edib. Bu iddiaları internetdə yayılan 60 min gizli fayl üzə çıxarıb. Həmin fayllarda 100 min HSBC müştərisi barədə məlumat var. Onların içində beynəlxalq cinayətkarlar, biznesmenlər, siyasətçilər, məşhur ulduzlar yer alıb. Sənədlər göstərir ki, HSBC 200-dən çox ölkədə müştərilərə təkliflər edib, onlar İsveçrədə gizli hesablara pul qoymaqla qanunsuz olaraq vergidən yayınıblar. Qoyulan məbləğ 119 milyard dollardan çoxdur. Faylları 2007-ci ildə HSBC-dən bir kompüter təhlükəsizliyi mütəxəssisi oğurlayıb və Fransa hökumətinə verib. Bir neçə ölkədə təhqiqat başlayıb. “Swiss Leaks” adlanan sənədləri Fransanın Le Monde qəzeti vasitəsilə araşdırmaçı jurnalistlərin Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu da əldə edib. Fayllar həmçinin BBC-yə, The Guardian-a, ABŞ-ın 60 dəqiqə televiziya proqramına, Almaniyanın Suddeutsche Zeitung qəzetinə və dünyada 45 media təşkilatına da göndərilib. Geri qayıt |