Əsas Səhifə > Dünya > Rusiyalı haker ABŞ-da məhkəməyə çıxarılıb

Rusiyalı haker ABŞ-da məhkəməyə çıxarılıb


18-02-2015, 09:36
Rusiyalı haker ABŞ-da məhkəməyə çıxarılıb
300 milyon dollarlıq itkiyə səbəb olmuş hakerliyə görə axtarılan rusiyalı Birləşmiş Ştatlara təhvil verilib. 34 yaşlı Vladimir Drinkman-ı Niderland ekstradisiya edib.

O, Nyu Cersi ştatında məhkəmə qarşısına çıxıb. Drinkman Nasdaq səhm bazarı və ödəniş sistemlərinə haker hücumunda ittiham olunur. Özü ittihamı qəbul etməyib.

Drinkman "yüz milyonlarla dollar ziyana səbəb olmuş" sxem hazırlamaqda ittiham olunur. Bu sxem indiyədək ABŞ-da məhkəməyə çıxarılmış ən böyük beynəlxalq haker sxemi hesab edilir.

Drinkman və digər təqsirləndirilənlər Nasdaq, 7-Eleven, Carrefour, JC Penney və digər şirkətlərə hücumda ittiham olunurlar. Onlar ABŞ-ın xahişi ilə, 2012-ci il iyunun 28-də Niderlanda səyahət zamanı həbs ediliblər. Təqsirləndirilən Dmitriy Smilianets həbsdən bir neçə ay sonra ABŞ-a təhvil verilib.

Geri qayıt