Əsas Səhifə > Dünya > Poroşenko "Rusiya təhlükəsinə qarşı" fərman imzalayıb
Poroşenko "Rusiya təhlükəsinə qarşı" fərman imzalayıb21-02-2015, 10:28 |
Ukrayna prezidenti Petro Poroshenko ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının qəbul etdiyi "Rusiya təhlükəsinə qarşı və Rusiya Federasiyasının dəstəklədiyi terrorçuluq hallarına qarşı tədbirlərin görülməsi haqda" qərarını həyata keçirmək məqsədilə fərman imzalayıb. Fərmanda Ukrayna Nazirlər Kabinetinə tapşırılır ki, "Rusiyanın Ukraynaya qarşı yerli və xarici mediadan istifadə etməklə gerçəkləşdirdiyi informasiya təcavüzü" dayandırsın. Geri qayıt |