Əsas Səhifə > Dünya > Amerika bunu da etdi: gey hüquqları üzrə ilk elçisini təyin edir
Amerika bunu da etdi: gey hüquqları üzrə ilk elçisini təyin edir24-02-2015, 10:00 |
Birləşmiş Ştatlar qey hüquqları üzrə ilk beynəlxalq elçisini təyin edib. Dövlət Departamenti bildirib ki, Randy Berry lesbian, qey, biseksual və transseksual hüquqlarının təbliği üzrə xüsusi elçi olacaq. Veteran diplomat olan Berry ABŞ-ın Amsterdamdakı konsulluğunda çalışır. O, ABŞ-ın Banqladeş, Uqanda və Cənubi Afrikadakı səfirliklərində də işləyib, ispan və ərəbcə bilir. Dövlət Departamenti öncə bəyan etmişdi ki, bu vəzifəyə açıq qey olan xarici xidmət əməkdaşını təyin edəcək. Dövlət katibi John Kerry-nin sözlərinə görə, Berry qey hüquqlarını Obama administrasiyasının qlobal insan haqları səylərinin özəyində durmasına çalışacaq. Geri qayıt |