Əsas Səhifə > Dünya > Amerika Rusiyanın Ukrayna siyasətinin səmimiyyətinə inanmır

Amerika Rusiyanın Ukrayna siyasətinin səmimiyyətinə inanmır


25-02-2015, 08:45
Amerika Rusiyanın Ukrayna siyasətinin səmimiyyətinə inanmır
ABŞ Dövlət katibi John Kerry Rusiyanı Ukrayna münaqişəsində iştirakı barədə yalan danışmaqda ittiham edib. Fevralın 24-də ABŞ senatoru Lindsey Graham Kerry-dən soruşub ki, Rusiyanın Ukraynada əsgər və silahı olmadığını deyəndə "yalan" danışması ilə razılaşırmı. Kerry cavab verib ki, "hə", bu fikirlə razıdır.

Kerry Vaşinqtonda Senatın altkomitəsində çıxış edib, deyib ki, rusiyalılar "Ukraynadakı hərəkətləri barədə yanlış təqdimat verməkdə, yalan danışmaqdadır.".

Moskva Ukraynanın şərqində separatçıları dəstəkləmədiyini deyir. Bu münaqişədə azı 5600 nəfər həlak olub. Kerry fevralın 21-də bildirib ki, Birləşmiş Ştatlar və Avropa Birliyi Rusiyaya qarşı əlavə sanksiyalar barədə düşünür.


Geri qayıt