Əsas Səhifə > Dünya > Səfirlərin qənimi Amerika səfirini qanına qəltan etdi
Səfirlərin qənimi Amerika səfirini qanına qəltan etdi5-03-2015, 08:30 |
Martın 5-də ABŞ-ın Cənubi Koreyadakı səfiri Mark Lippert-ə hücuma olub. O, Seulda ictimai foruma qatılıbmış. Lippet-in fotosunda sağ əli və üzündə qan izləri var, eləcə də sol əli qan içindədir. Cənubi Koreya prezidenti Park Geun-hye deyib ki, Amerika səfirinə hücum “Cənubi Koreya-ABŞ alyansına hücumdur”. Ağ Evin məlumatına görə, Lippert-in həyatına təhlükə yoxdur və hazırda xəstəxanada müalicə alır. Hücum edən şəxs saxlanıb. 55 yaşlı Kim Ki-Jong solçu millətçidir. 2010-cu ildə Yaponiyanın səfirinə daş atdığı üçün məhkum edilib. Bu həftə Birləşmiş Ştatlar və Cənubi Koreya illik birgə hərbi təlimlərə başlayıblar. Bu, Şimali Koreya ilə gərginliyi artırıb. Geri qayıt |