Əsas Səhifə > Dünya > “ABŞ İranın “sabitsizlik yaratma” hərəkətlərinə göz qoyur”
“ABŞ İranın “sabitsizlik yaratma” hərəkətlərinə göz qoyur”6-03-2015, 09:47 |
ABŞ Dövlət katibi John Kerry deyib ki, Birləşmiş Ştatlar Tehranın Yaxın Şərqdə “sabitsizlik yaratma hərəkətlərinə” nəzarət etməkdədir. Bu arada fövqəldövlətlər İranın nüvə proqramı üzrə razılaşma əldə etməyə çalışırlar. Kerry martın 5-də Riyadda Səudiyyə kralı və Körfəz Əməkdaşlıq Şurasının xarici işlər nazirləri ilə görüşdən sonra danışıb. Səfərdən öncə isə Cenevrədə İranın xarici işlər naziri Javad Zarif-lə nüvə danışıqları aparılıb. Altı dövlət martın 30-dək İranla çərçivə sazişi əldə etməyə çalışır. Fars Körfəzi dövlətləri isə İranın nüvə silahı hazırlamasından şübhələnir. Geri qayıt |