Əsas Səhifə > Dünya > İŞİD-ə beyətdən sonra «Boko-Haram» 36 şəhərini itirib
İŞİD-ə beyətdən sonra «Boko-Haram» 36 şəhərini itirib13-03-2015, 09:51 |
FaktXəbər-in verdiyi məlumata görə, İŞİD-ə beyət etdiyini bildirəndən sonra «Boko-Haram» 36 şəhərini itirib. Belə ki, Nigeriya, Niger, Çad və Kamerun silahlı qüvvələri terror təşkilatına qarşı birgə əməliyyat keçirir. KİV-də yayılan məlumata görə, əməliyyat başlayandan azı 500 terrorçu öldürülüb. Nigeriya hökumətinin məbuat xidmətinin rəhbəri Mayk Omeri bu barədə deyib: «Nigeriya silahlı qüvvələri qonşularımızın köməyi ilə bir sıra şəhərlərin qaytarılması və azad edilməsində uğurlar əldə ediblər.» Bundan əlavə, Nigeriya hərbçiləri son bir neçə gündə 8 intiharçı terrorist ələ keçirə biliblər. Hərbi analitiklər «Boko-Haram»ın geri çəkiləcəyinə, yaxud təslim olacağına inanmırlar, bu səbəbdən hərbi əməliyyatın uzanacağını düşünürlər. Qeyd edək ki, martın 28-də Nigeriyada seçkilər olacaq. Və nigeriyalı hərbçilərin «Boko-Haram»la mübarizədə uğurları hakim partiyanın seçkiqabağı proqramı üçün yaxşı fürsətdir. Analitiklər hesab edirlər ki, terror təşkilatı üzərində qələbə cari hökumətin öz mövqeyini saxlamağa imkan verəcək. Geri qayıt |