Əsas Səhifə > Dünya > Rusiyanın məşhur jurnalisti Kseniya Sobçak ölkəni tərk edib

Rusiyanın məşhur jurnalisti Kseniya Sobçak ölkəni tərk edib


16-03-2015, 10:21
Rusiyanın məşhur jurnalisti Kseniya Sobçak ölkəni tərk edib
Rusiyanın məşhur teleaparıcısı, Boris Nemtsovun dəfnində naməlum şəxs tərəfindən hədələnən Kseniya Sobçak xüsusi xidmət orqanlarının tövsiyəsi ilə ölkəni tərk edib.

APA-nın xəbərinə görə, bu barədə “Kommersant” qəzeti jurnalistin yaxın dostlarına istinadən məlumat yayıb. Onun müəyyən müddətə ölkəni tərk etməyə qərar verdiyi bildirilib.

Qeyd edək ki, martın 11-də “Novaya qazeta” Boris Nemtsovdan sonra aradan götürüləcək şəxslərin siyahısının mövcud olduğunu və bu barədə prezident Vladimir Putinin məlumatlandırıldığını yazıb. Siyahıda teleaparıcı Kseniya Sobçak, “Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktov, “YUKOS”un keçmiş rəhbəri Mixail Xodorkovskinin adlarının olduğu xəbər verilib. Prezidentin mətbuat katibi Dmitri Peskov isə “ölüm siyahısı”nın mövcudluğu barədə xəbərləri absurd adlandırıb.

B. Nemtsovun dəfn günü K. Sobçak bildirib ki, vida mərasiminin keçirildiyi Saxarov Mərkəzinin çıxışında naməlum şəxs ona və A. Venediktova yaxınlaşaraq “Kseniya, növbədə sizsiniz, bunu nəzərə alın” deyib. A. Venediktov bu informasiyanı təsdiqləyib.

Geri qayıt