Əsas Səhifə > Dünya > Almaniya Ukraynanı Rusiyaya qurban verir
Almaniya Ukraynanı Rusiyaya qurban verir17-03-2015, 11:06 |
“Almaniya Rusiyanın məhv olmasını istəmir”. Axar.az Regnum agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə litvalı politoloq Bernaras İvanovas çıxış edib. O, Almaniya jurnalistlərinin son günlər Berlinin Rusiya ilə bağlı əsl istəyini nümayiş etdirdiklərini bildirib: “Rusiyaya qarşı sanksiyalar imitasiya xarakteri daşıyır və bu, böyük dövlətlərin – Avropa Birliyi və Almaniyanın - tamamilə düşünülmüş qərarıdır. Almaniyanın Moskva və Berlinin maraqlarının kəsişdiyi nöqtədə enerji sektorundakı hansısa proyekti dayandırmaq arzusu varsa, o bunun haqqında qərarı heç kimlə diskussiyaya girişmədən qəbul edir. Almaniya Rusiyaya qarşı sanksiyalar tətbiq etmək istəmir və o, Ukraynanı qurban verməyə hazırdır. Putinlə razılaşma üçün ümumi mənada Obama da lazımdır ki, Avropanın yeni bölünmüş xəritəsi barədə razılıq qəbul edilsin. Obama heç bir yeni bölünmə istəmir, amma Putin buna çalışır. Hələlik ortada heç nə yoxdur. Lazım olması gərəkən şeylər baş verir, Almaniya isə bu məqamda özünün iqtisadi maraqlarını nəzərə alır”. Geri qayıt |