Əsas Səhifə > Dünya > Avropa Birliyi Rusiya-Cənubi Osetiya sazişini pisləyir

Avropa Birliyi Rusiya-Cənubi Osetiya sazişini pisləyir


18-03-2015, 09:39
Avropa Birliyi Rusiya-Cənubi Osetiya sazişini pisləyir
Vaşinqton və Brüssel Rusiya ilə Gürcüstanın separatçı bölgəsi arasında planlaşdırılan sazişi pisləyir. Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini deyib ki, Rusiyanın Cənubi Osetiya ilə “alyans və inteqrasiya” sazişi “Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü aydın şəkildə pozur”.

Mogherini martın 17-də bəyanat verib. Martın 18-də isə Rusiya prezidenti Vladimir Putinlə Cənubi Osetiyanın separatçı lideri Leonid Tibilov-un həmin sazişi imzalayacağı gözlənir.


Mogherini deyib ki, bu sazişin imzalanması “regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə qarşı yönəlmiş daha bir cəhddir”.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki-nin sözlərinə görə, Vaşinqton planlaşdırılan sazişi, yaxud Moskvanın Abxaziya ilə oxşar paktını tanımır.

Psaki deyib ki, Vaşinqton Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Rusiya Gürcüstanla 2008-ci ildə beş günlük müharibədən sonra Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlətlər kimi tanıyıb və bu regionlarda minlərlə əsgər saxlayır.

Geri qayıt