Əsas Səhifə > Dünya > Suriyada daha bir tarixi şəhər vəhabilərin əlinə keçib

Suriyada daha bir tarixi şəhər vəhabilərin əlinə keçib


26-03-2015, 10:23
Suriyada daha bir tarixi şəhər vəhabilərin əlinə keçib
Suriyanın cənubunda yerləşən Dəra əyalətinin Busra əş-Şam şəhəri silahlı qruplaşmaların nəzarətinə keçib.

SalamNews-un "Al Jazeera"ya istinadla verdiyi xəbərə görə, hökumət ordusu Busra əş-Şamın alınması zamanı xeyli itki verərək, geri çəkilməli olub.

Məlumat üçün bildirək ki, sözügedən şəhərdə Nəbatilər dövləti zamanında və Petra sivilizasiyasına aid, eradan əvvəl 117-ci ildə inşa edilmiş qədim Roma üslublu teatr binası var.

Qeyd edək ki, bu, Suriyada ən mühüm tarixi binalardan hesab edilir.


Geri qayıt