Əsas Səhifə > Dünya > İsraillə ABŞ Putinin İrana raketdən müdafiə sistemi təchizatına qadağanı götürməsini tənqid edib
İsraillə ABŞ Putinin İrana raketdən müdafiə sistemi təchizatına qadağanı götürməsini tənqid edib17-04-2015, 08:42 |
ABŞ ordusunun generalı deyir ki, Rusiyanın İrana S-300 yer-hava raketləri göndərmək qərarına baxmayaraq, İranın nüvə silahı əldə etməsini əngəlləməyə yönəlik hərbi variant “dəyişməz” qalır. General Martin Dempsey aprelin 16-da jurnalistlərə deyib ki, “Biz illərdir həmin sistemin İrana satılmasının mümkünlüyündən xəbərdarıq və bütün planlaşdırmamızda bunu nəzərə almışıq”. İsraillə Birləşmiş Ştatlar Putin-in İrana raketdən müdafiə sistemi təchizatına qadağanı götürməsini tənqid edib. Rusiya həmin qadağanı 2010-cu ildə qoymuşdu. Səbəb BMT-nin Tehranla silah ticarətini məhdudlaşdıran sanksiyası idi. Aprelin 16-da Vladimir Putin bəyan edib ki, Tehran nüvə proqramı üzrə illərdir davam edən mübahisəni həll etmək niyyətini nümayiş etdirdiyi üçün qadağa götürülür. Ağ Evin sözçüsü Josh Earnest isə bildirir ki, Moskvanın bu addımı “Rusiya iqtisadiyyatının necə zəiflədiyini göstərir”. Geri qayıt |