Əsas Səhifə > Dünya > Çin qosqoca Pakistanın iqtisadiyyatını satın alır...

Çin qosqoca Pakistanın iqtisadiyyatını satın alır...


21-04-2015, 09:03
Çin qosqoca Pakistanın iqtisadiyyatını satın alır...
Pakistan və Çin iqtisadiyyatlarını birləşdirmək məqsədilə dəyəri 46 milyard dollar olan enerji və infrastruktur layihələrinə başlayırlar. Pakistanın baş naziri Nawaz Sharif və Çin prezidenti Xi Jinping aprelin 20-də İslamabadda Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) tikintisi barədə sazişlər imzalayıblar.

Sharif deyib ki, dəhliz “Pakistanda bütün əyalətlər və sahələrə fayda verəcək, ölkəmizi regional mərkəzə çevirəcək”. Onun sözlərinə görə, bu dəhliz Çinə imkan verəcək ki, Cənubi, Mərkəzi və Qərbi Asiya, Yaxın Şərq və Afrika ilə ticarət və investisiya üçün daha qısa və ucuz marşrut yaratsın.

Xi-nin sözlərinə görə, dəhliz qonşu ölkələr arasında “hərtərəfli strateji əməkdaşlığı” təmin edəcək.

Dəhliz Pakistanın Qvadar limanı ilə Çinin qərbindəki Sincan vilayətini birləşdirəcək.

Geri qayıt