Əsas Səhifə > Dünya > Polşa Putinin “Gecə canavarları”nı ölkəyə buraxmayacaq
Polşa Putinin “Gecə canavarları”nı ölkəyə buraxmayacaq25-04-2015, 10:12 |
Polşanın Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinə yaxın olduqları bilinən “Gecə canavarları” motosikletçi dəstəsinin ölkəyə daxil olmasına qadağan qoyub. “Gecə canavarları” İkinci Dünya Müharibəsinin başa çatmasının 70 illiyi münasibətilə Avropa boyunca yürüşə gələn həftə Polşa sərhədini keçməklə başlamalıydı. Polşanın baş naziri Ewa Kopacz bu təşəbbüsü “təxribat” adlandırıb. “Gecə canavarları” bayker dəstəsinin vise-prezidenti Felix Chernyakhovsky israr edib ki, onlar bu yürüşü nəyin bahasına olursa olsun, keçirəcəklər. Bu bayker qrupu Ukraynanın şərqindəki separatçı fəaliyyətlərə dəstəyindəki roluna görə ABŞ-ın sanksiyalar siyahısındadır. Rusiya Xarici İşlər Nazirliyi Varşavanın qərarından “hiddətləndiyini” bildirib. 6000 kilometrlik bu yürüş Rusiyadan başlayıb Belarus, Polşa, Çex Respublikası, Slovakiyadan keçməklə Almaniyada başa çatmalıdır. Geri qayıt |