Əsas Səhifə > Dünya, Güney Press > İranda saxlanmış jurnalistə ABŞ kəşfiyyatçısının təsir göstərdiyi söylənir

İranda saxlanmış jurnalistə ABŞ kəşfiyyatçısının təsir göstərdiyi söylənir


30-04-2015, 10:29
İranda saxlanmış jurnalistə ABŞ kəşfiyyatçısının təsir göstərdiyi söylənir
“Washington Post” qəzetinin İranda casusluq ittihamıyla saxlanmış jurnalisti Jason Rezaian-dan ABŞ hökumətinə bağlı kəşfiyyat əməliyyatçısı ola bilsin, öz məqsədləri üçün istifadə edib. Bu ehtimalı aprelin 29-da İranın xarici işlər naziri Mohammad Javad Zarif Nyu Yorkda bir müzakirədə dilə gətirib.

“Birləşmiş Ştatlara gəlmək üçün arvadına viza almağa çalışanlardan istifadə edənlər olur, onlar qanunsuz, təhlükəli, jurnalist peşəkarlığına ziyan vuran tələblər irəli sürürlər,” Zarif deyib

Ötən il saxlanmış Rezaian “düşmən hökumətlərlə əməkdaşlıqda” və “dövlət əleyhinə təbliğatda” təqsirli bilinir.

Zarif detallara varmayıb, ancaq ittihamları “çox ciddi” adlandırıb.

“Ümid edirəm bəraət alacaq. Ancaq məhkəməyə çıxarılacaq. O, İran vətəndaşıdır,” Zarif deyib. “Təəssüf ki, kiçik səviyyəli əməliyyatçı ondan istifadə etməyə çalışıb”.

Geri qayıt