Əsas Səhifə > Dünya > İŞİD sözçüsü: "Təkcə Mosulda 20 min könüllü döyüşçü var"

İŞİD sözçüsü: "Təkcə Mosulda 20 min könüllü döyüşçü var"


2-05-2015, 10:49
İŞİD sözçüsü: "Təkcə Mosulda 20 min könüllü döyüşçü var"
İraqdakı İŞİD terror qruplaşması üzvlərinin sayıın 40 mini ötdüyü bildirilir.

ANS PRESS-in məlumatına görə, bu barədə İŞİD-in sözüçü, eyni azmanda Mosuldakı əsas nümayəndəsi heasbe dilən Əbu Saad Ənsari iddia edib.

O, ötən gün Mosul şəhəri mərkəzindəki xəlifə camisində cümə xütbəsi oxuyub. Xütbəsində İŞİD-in sıralarının hər gün genişləndiyini, dünyanın bir çox yerindən onlara qoşulmaq istəyənlərin olduğunu və sadəcə İraqda 40 min könüllü döyüşçüyə sahib olduqlarını dilə gətirib.

250 nəfərə yaxın insanın iştirakı ilə baş tutan cümə namazında Ənsari Mosulun özündə 20 min İŞİD silahlısının yaşadığını vurğulayıb.

Qeyd edək ki, Mosul şəhəri 2014-cü ilin iyun ayından bəri terrorçuların işğalı altındadır.

Geri qayıt