Əsas Səhifə > Dünya, Güney Press > Rusiyalı baykerlər Almaniyaya daxil olub
Rusiyalı baykerlər Almaniyaya daxil olub4-05-2015, 08:35 |
Polis bildirir ki, bir qrup rusiyalı millətçi bayker Almaniyaya daxil olub. Baykerlərin Moskvadan başladığı yürüş mayın 9-da Berlində bitməlidir. Bavariya polisi qrupun mayın 3-də günortadan sonra Avstriyadan gəldiyini deyir, ancaq onların sayı açıqlanmayıb. Kremlyönlü Gecə Canavarları 2-ci dünya müharibəsində Rusiya və müttəfiqlərinin faşizm üzərində qələbəsinin 70 illiyini qeyd edirlər. AB-nin bəzi rəsmiləri baykerlərin planını tənqid edib. Polşa onlara viza verməyib. Almaniya hökuməti klub rəhbərliyinə bağlı olan bir qrup şəxsin vizasını ləğv edib. Mayın 2-də qrupun iki üzvü Vyanada sovet əsgərlərinə abidə önünə əklil qoyub. Rusiya ilə Qərbin münasibəti Ukrayna münaqişəsi üzündən pisləşib. Geri qayıt |