Əsas Səhifə > Dünya > Ərdoğan 1 həftə ərzində çıxışlarına bu qədər vaxt ayırıb
Ərdoğan 1 həftə ərzində çıxışlarına bu qədər vaxt ayırıb9-05-2015, 11:00 |
Türkiyənin Radio və Televiziya Ali Şurasının (RTÜK) ölkənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasından (CHP) olan üzvü Süleyman Dəmirkan prezident Rəcəb Tayyib Ərdoğanın parlament seçkisi öncəsi efirdəki çıxışları ilə bağlı hesabat hazırlayıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hesabatda Ərdoğanın 27 aprel-3 may tarixləri arasında televiziyadakı çıxışlarının vaxtı göstərilib. Məlum olub ki, Türkiyə lideri bu tarixlər arasında televiziyalarda birbaşa yayımlardakı çıxışına 44 saat 32 dəqiqə vaxt ayırıb. Bunun 7 saatı TRT-nin payına düşür. Geri qayıt |