Əsas Səhifə > Dünya > Avropa Rusiya propaqandası ilə mübarizə üçün pul axtarır
Avropa Rusiya propaqandası ilə mübarizə üçün pul axtarır12-05-2015, 17:16 |
Avropa parlamentinin xarici işlər üzrə komitəsi Rusiya təbliğatı ilə mübarizə üçün maliyyə ayrılmasını nəzərdə tutan qətnaməni dəstəkləyib. Avropa.info xəbər verir ki, qətnaməyə 53 deputat səs verib, 10 nəfər əleyhinə çıxıb. Sənəd “təcavüzkar Rusiya propaqandası”na qarşı “yumşaq güc” işlətməyi nəzərdə tutur. Sənəddə həmçinin deyilir ki, AB ölkələri Rusiya ilə ikitərəfli kontaktlardan uzaq durmalıdırlar. Bu Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətinə qarşı kollektiv mübarizə üçün lazımdır. Avropa parlament üzvlərinin fikrinə görə, Krımın qanunsuz şəkildə Rusiyaya birləşdirilməsi Avropa ilə münasibətlər ciddi ziyan verib. Qeyd edək ki, mart ayında rəsmi Brüssel Rusiyanın antiqərb təbliğatı ilə mübarizə strategiyasını hazırlayacağını bəyan etmişdi. Variantlardan biri də rusdilli KİV-in yaradılmasıdır. Geri qayıt |