Əsas Səhifə > Dünya > İspaniya “erməni soyqırımı” iddiasını rədd etdi
İspaniya “erməni soyqırımı” iddiasını rədd etdi14-05-2015, 09:57 |
İspaniya Senatı 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını müdafiə edən məsləhət xarakterli təklifi rədd edib. Axar.az xəbər verir ki, Kataloniya bölgəsində fəaliyyət göstərən Entesa adlı siyasi qrupun 4 mayda Senata təqdim etdiyi təklif 130 “xeyr”, 68 “bitərəf” və 14 “bəli” olmaqla rədd edilib. İspaniyada iqtidardakı Xalq Partiyası (PP) səsvermədə “xeyr” deyən tək siyasi partiya olub. Ana müxalifət partiyaları isə “bitərəf” mövqe nümayiş etdiriblər. İspan hökumətinə tövsiyə xarakteri daşıyan təklifi dəstəkləyənlər isə Entesa, Bask Milliyyətçi Partiyası, Birləşmiş Sol, Kataloniya Respublikaçı Solu və Amaiur kimi xırda partiyalar olub. Geri qayıt |