Əsas Səhifə > Dünya > Suriyanın İdlib əyaləti tam şəkildə dövlətin nəzarətindən çıxıb

Suriyanın İdlib əyaləti tam şəkildə dövlətin nəzarətindən çıxıb


29-05-2015, 09:17
Suriyanın İdlib əyaləti tam şəkildə dövlətin nəzarətindən çıxıb
Suriyanın Türkiyə ilə sərhəddə yerləşən İdlib əyalətinin Əriha rayonu ötən gün “ən-Nusra Cəbhəsi” terror təşkilatının başçılıq etdiyi “Fəth Ordusu”nun nəzarətinə keçib. Bununla da İdlib Riqqa əyalətindən sonra dövlətin nəzarətindən tam şəkildə çıxan növbəti əyalət olub.

SalamNews-un Suriya İnsan Hüquqlarını Müşahidə Qrupuna istinadla verdiyi xəbərə görə, ordu qüvvələri ötən gün Əriha rayonundakı mövqelərini boşaldıb və şəhərin ətrafında müdafiə mövqeləri qurub.

Bildirək ki, "ən-Nusra Cəbhəsi”nin başçılıq etdiyi 10-dan artıq yerli və əcnəbi terror qruplaşması Türkiyə və Səudiyyə Ərəbistanının dəstəyi ilə “Ceyşul-Fəth” adlı vahid komandanlıq yaradaraq, İdlib şəhəri, onun Cisr Şuğur rayonu və əyalətdəki iki hərbi qərargahı tutub.

Geri qayıt