Əsas Səhifə > Dünya > FIFA rəsmisi: Rusiya və Qətər ev sahibliyini itirə bilər
FIFA rəsmisi: Rusiya və Qətər ev sahibliyini itirə bilər8-06-2015, 09:46 |
FIFA rəsmisi deyir ki, korrupsiya iddiaları təsdiqini taparsa, Rusiya və Qətər dünya çempionatına ev sahibliyi etmək hüququnu itirə bilər. Domenico Scala FIFA audit və öhdəliklərə əməl edilməsinə nəzarət komitəsinin sədridir. İlk dəfədir qurumun yüksək rütbəli rəsmisi belə bir ehtimalı dilə gətirir. “Sübut olunsa ki, Qətər və Rusiya dünya çempionatına ev sahibliyini rüşvətlə əldə ediblər, onda bu hüquq ləğv oluna bilər,” Scala iyunun 7-də İsveçrənin Sonntagszeitung qəzetinə deyib. Onun sözlərinə görə, hələlik “belə bir dəlil ortaya qoyulmayıb”. Scala-nın təmsilçisi onun dediklərini təsdiqləyib. Mayın 27-də İsveçrə polisi FIFA-nın 7 rəsmisini saxlayıb. ABŞ onlara korrupsiya ittihamları irəli sürüb. 2018 və 2022-ci illər Futbol üzr Dünya Çempionatlarına ev sahibliyinin Rusiya və Qətərə verilməsi üzrə İsveçrə hökuməti cinayət işi açıb. FIFA prezidenti Sepp Blatter iyunun 2-də deyib ki, təşkilat ətrafındakı qalmaqala görə istefa verəcək. Geri qayıt |