Əsas Səhifə > Dünya > ABŞ İranı təyyarələrinin müsadirə olunması ilə təhdid etdi

ABŞ İranı təyyarələrinin müsadirə olunması ilə təhdid etdi


10-06-2015, 09:20
ABŞ İranı təyyarələrinin müsadirə olunması ilə təhdid etdi
ABŞ yeni alınmış sərnişin təyyarələrinin uçuşlarına mane olmağa çalışsa, Tehran hüquqi addımlar atacağını bəyan edib.

ANS PRESS-in məlumatına görə, bu barədə İran Aviasiya İdarəsinin rəhbəri bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun qara siyahısında olan İranın Mahan hava yolları şirkəti keçən həftə sanksiyaları pozaraq istismarda olmuş 8 Airbus A340 və bir Airbus A321 tipli təyyarələr alıb. İranın Fars xəbər agentliyi ötən həftə bildirmişdi ki, təyyarələrdən beynəlxalq uçuşlarda istifadə olunacaq.

ABŞ Maliyyə Nazirliyinin isə keçən ay bildirdiyinə görə, Mahan şirkətinin bu təyyarələrlə “qadağa maraqları” mövcuddur. Bu, o deməkdir ki, onlar aktivlərin dondurulması ilə üzləşə bilər və bu da Vaşinqtonun bu təyyarələri İrandan xaricdə müsadirə etməsi ehtimalını artırır.

İranın Mülki Aviasiya İdarəsinin rəhbəri Əlirza Cahangiryan bildirib ki, Amerika beynəlxalq qanunlara əsasən, İranın yeni təyyarəsini müsadirə edə bilməz. “Onlar beynəlxalq uçuşlar zamanı bizim təyyarələri dayandırmaq hüququna malik deyil” – deyə Əlirza Cahangiryan bildirib.

Geri qayıt