Əsas Səhifə > Dünya > Türkiyədə şok GÜNDƏM - Abdullah Gül partiyaya sədr gətirilir
Türkiyədə şok GÜNDƏM - Abdullah Gül partiyaya sədr gətirilir10-06-2015, 09:44 |
Türkiyədə iyunun 7-də keçirilən parlament seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qazandığı mandat sayı bu partiyanı yenidən təkbaşına hökumət formalaşdırmaq şansından məhrum edib. Bu səbəbdən koalisiya hökumətinin formalaşdırılması gündəmə gəlib. Ancaq AKP ilə yanaşı 10 faizlik həddi keçən Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və Xalqların Demokratik Partiyasının koalisiya hökumətinin formalaşdırılmasında iştirakları hələ ki müəyyənləşdirilməyib. İndiki halda koalisiya hökumətinin qurulması və bu koalisiyada hansı partiyaların iştirak edəcəyi dəqiqləşməsə də, AKP-nin bundan sonrakı mərhələdəki gedişi maraq doğurur. Onu da qeyd etmək lazımdır ki, 45 gün müddətində koalisiya hökuməti qurulmazsa, Türkiyədə erkən seçimlərin keçirilməsi gündəmə gələcək. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu günlərdə AKP-nin dəhlizlərində ən çox müzakirə olunan məsələlərdən biri erkən seçim qaçılmaz olarsa, partiyanın bu seçkiyə hansı formada, daha doğrusu kimlərin rəhbərliyi ilə gedəcəyidir. Ən çox haqqında söhbət gedən variant isə 11-ci prezident Abdullah Gülün AKP-yə sədr gətirilməsidir. Bir çoxları belə düşünür ki, keçmiş dövlət başçısının AKP-yə rəhbər gətirilməsi partiyanın seçkilərdəki əvvəlki illərlə müqayisədə uğursuzluğunun yenidən təkrarlanmamasına səbəb ola bilər. Ancaq bu seçimin də nə dərəcədə effektli olacağı sual altındadır. Abdullah Gülün partiyanı nə qədər toparlaya biləcəyi, prezident Rəcəb Tayyib Ərdoğanın mövqeyinin necə olacağı məsələsinin dəqiqlik qazanmaması Gül seçiminin də uğursuz nəticələnəcəyi ehtimalını artırır. Bununla belə, ekspertlərin bir çoxu düşünür ki, əgər erkən seçim olarsa, AKP-nin arzuolunan nəticəni əldə etməsinin yolu Abdulla GÜlün partiyanın rəhbəri postuna gətirilməsindən keçir. Geri qayıt |