Əsas Səhifə > Dünya > Kürdlər Suriyanın əsas şəhərinə nəzarəti ələ keçirir
Kürdlər Suriyanın əsas şəhərinə nəzarəti ələ keçirir16-06-2015, 09:51 |
İyunun 15-də Suriyanın kürd qüvvələri, ABŞ hava zərbələrinin köməyi ilə əsas sərhəd şəhərini İslam Dövləti silahlı qruplaşmasından geri alıblar. Tel Abyad yaraqlıların Türkiyədən əsas təchizat marşrutlarından biri üzərində yerləşirdi. Bu şəhərin Suriyanın daha kiçik yaraqlı qrupları və kürd YPG-si tərəfindən ələ keçirilməsi o deməkdir ki, Suriya kürdləri artıq Suriya-Türkiyə sərhədinin 400 km-nə nəzarət edirlər. Bu ərazi İslam Dövlətinə qoşulan əcnəbi döyüşçülər üçün də vacib nöqtə idi. Tel Abyad həminin silah və neft qaçaqmalçılığının əsas tranzit məntəqəsi sayılırdı. YPG iyunun 15-də vebsaytında bildirib ki, şəhəri tam nəzarətə alıb. Geri qayıt |