Əsas Səhifə > Dünya, Güney Press > Donetsk vilayətində gərginlik davam edir, 14 yaralı var
Donetsk vilayətində gərginlik davam edir, 14 yaralı var18-06-2015, 10:14 |
Ukraynanın münaqişə zonasında – Donetsk vilayətinin Marinka kəndində iyulun 17-də 13 hərbçi və bir dinc sakin yaralanıb. Bu barədə Ukraynanın yerli telekanalında ölkənin daxili işlər nazirliyinin səlahiyyətlisi məlumat verib. Elə həmin gün separatçılara qarşı xüsusi əməliyyat qrupunun mətbuat mərkəzi məlumat yayıb ki, Donetsk vilayətinin Stepnoe kəndində Ukrayna hərbçilərinin mövqeyi atəşə tutulub. Vilayətin digər 3 kəndi, o cümlədən Marinkanın da atəşə tutulduğu deyilir. Donetsk vilayəti prokurorluğunun yaydığı məlumata görə isə, iyunun 15-də separatçı olmaqda şübhəli bilib iki qadını güllələyən iki həbçi saxlanıb. Saxlananlar olayı törətdiklərini etiraf ediblər. Geri qayıt |