Əsas Səhifə > Dünya > Pakistanda istidən 120-dən çox adam ölüb

Pakistanda istidən 120-dən çox adam ölüb


22-06-2015, 09:45
Pakistanda istidən 120-dən çox adam ölüb
Pakistan rəsmiləri Karaçidə dəhşətli istidən azı 122 nəfərin öldüyünü bildirir.

İyunun 20-dən Karaçidə 114, Sindh vilayətində isə 8 nəfər həlak olub.

Ölkənin cənub limanında istilik 45 dərəcəyə çatıb. 1979-cu ildə 47 dərəcə qeydə alınmışdı.

20 milyon əhalisi olan şəhərin bir neçə hissəsində elektrik enerjisi kəsilib.

Meteoroloqlar iyunun 21-də bildiriblər ki, temperatur növbəti günlərdə düşəcək, ancaq yenə də yüksək həddə qalacaq. Rəsmilər əhalini günün altına çıxmamağa çağırır.

Geri qayıt