Əsas Səhifə > Dünya > Beynəlxalq Valyuta Fondu İrəvan üçün müflislik proqnozu verib
Beynəlxalq Valyuta Fondu İrəvan üçün müflislik proqnozu verib23-06-2015, 10:20 |
Ermənistanın xarici borcu hazırda ümumi daxili məhsulun (ÜDM) 53%-inə bərabərdir. Bu, MDB ölkələri üçün mütldəq rekorddur. Bundan əlavə, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, 2020-ci ilə ölkənin borcu ÜDM-in 60%-inə qədər qalxacaq. Bundan o tərəfi ölkənin özünü müflis elan etməsidir. Bu barədə xüsusi keçirdiyi mətbuat konfransında iqtisadçı Vilen Xaçatryan bildirib. O yada salıb ki, hələ 2007-ci ildə Ermənistanın xarici borcu ÜDM-in cəmi 14%-inə bərabər idi. İqtisadiyyatın yarıtmaz idarə edilməsi ÜDM-də xarici borc göstəricisinin, demək olar ki, 4 dəfə artmasına səbəb olub. Bu gün İrəvan küçələrində baş verənlər indiki rəhbərliyin Ermənistan iqtisadiyyatını necə çıxılmaz vəziyyətə salmasının parlaq sübutudur. İnsanlar artıq heç nəyə və heç kimə inanmırlar. Bir sıra rəhbərləri bu il əldə edilən bol ərik məhsulunun ölkə iqtisadiyyatına yardım edəcəyi barədə “qələbə” bəyanatları onları çox özündən çıxarır. Etiraz edənlər artıq öz prezidentlərinə etibar etmirlər. Onlar Serj Sarkisyanla görüşdən imtina eldiblər. Yerli ekspertlər hesab edir ki, elektrik enerjisi tariflərinin qaldırılması qərarının ləğvi barədə tələbdən sonra onlar Ermənistan dövlət başçısının təcili istefası tələbini də səsləndirə bilərlər. Etiraz aksiyalarının iştirakçıları bildirirlər ki, bu cür yoxsulluq və ehtiyac içində artıq yaşamaq mümkün deyil. Erməni mətbuatının məlumatına görə, Gümrü və Sevan şəhərlərinin sakinləri də İrəvan mitinqçilərinə qoşulublar. Belə getsə, bütün Ermənistan ayağa qalxacaq. Geri qayıt |