Əsas Səhifə > Dünya > Ukrayna gələn həftə borc danışıqlarına başlayır

Ukrayna gələn həftə borc danışıqlarına başlayır


2-07-2015, 09:49
Ukrayna gələn həftə borc danışıqlarına başlayır
Ukrayna və kreditorları iyulun 1-də razılaşıblar ki, gələn həftə ölkənin borcunun restrukturaziyası üzrə danışıqlara başlasınlar. Tərəflər Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun qərargahında görüşüblər. Görüşdən sonra verdikləri bəyanatda bildiriblər ki, danışıqlar konfidensial saxlanacaq.

Kreditorlar əsasən ABŞ-ın 4 investisiya fondudur. Onlara təzyiq edilir ki, ölkənin böyük həcmli borcunu silsinlər.

Kreditorlar isə borcu silməkdənsə onun müddətini uzatmaq istəyirlər.

Geri qayıt