Əsas Səhifə > Dünya > “Tehran “çətin qərar”ı qəbul etməzrsə…”

“Tehran “çətin qərar”ı qəbul etməzrsə…”


10-07-2015, 09:26
“Tehran “çətin qərar”ı qəbul etməzrsə…”
Tehran nüvə proqramı ilə bağlı razılığın əldə olunması üçün “çətin qərarlar” qəbul etməkdə özündə güc tapmasa “altılıq” İranla dialoqa son qoyacaq. ABŞ dövlət katibi Con Kerri belə deyib.


Con Kerrinin çıxışı Tehranla danışıqlarda növbəti dəfə müəyyən edilmiş müddət ərzində nəticə əlbə olunmayacağının müəyyənləşməsindən sonraya təsadüf edir və dövlət katibi danışıqlar başlayandan ilk dəfədir ki, məyusluğunu ictimai şəkildə ifadə edir.


“Biz qərarın qəbul olunmasının sonsuzluğa kimi gözləyə bilmərik. əgər çətin qərar qəbul olunmasa, biz danışıqlar prosesinə son qoyacayıq” – deyə dövlət katibi bildirib.


Kerri və danışıqların digər Qərb tərəfdarlarının dediyinə görə, İran hələ də özünün nüvə proqramını dayandırmaqla bağlı siyasi qərar verməyib. Tehran qərb ölkələrini qınayır ki, onlar nüvə proqramının miqyası ilə bağlı əvvəlcədən qəbul olunmuş razılığa əməl etmirlər.


Hazırki danışıqlar iki həftə öncədən başlayıb və artıq iki dəfə uzadılıb. Yekun razılıq əldə olunmadığına görə, görünən odur ki, tərəflər 3 ay öncəki Cenevrə çərçivə razılaşmasının müddətini artırmalı olacaqlar.


İranın xarici işlər nazirinin müavini Abbas Araxçı bildirib ki, həlli tapmayan bir neçə məsələ, o cümlədən İran atom obyektləri müfəttişlərinin MAQATE ilə əməkdaşlıq qrafiki və Amerika və Avropa sanksiyalarının Tehrandan götürülmə qrafiki kimi məsələlər qalır.

Geri qayıt