Əsas Səhifə > Dünya > BMT İran sazişini səsə qoyacaq

BMT İran sazişini səsə qoyacaq


17-07-2015, 08:42
BMT İran sazişini səsə qoyacaq
BMT-nin Təhlükəsizlik Şurası iyulun 20-də İranla nüvə sazişini həyata keçirəcək qətnaməyə səs verəcək. Səsvermə Nyu York vaxtıyla səhər 9-a planlaşdırılıb.

Qətnamə layihəsində İranın nüvə proqramına məhdudiyyətlər qoyulur, ancaq silah embarqosu, ballistik raket texnologiyasına qadağa saxlanır.

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə məhdudiyyətlərini yerinə yetirdiyini təsdiqləyəndən sonra əvvəlki BMT qətnamələrinə xitam veriləcək.

Bu qətnamə də iyulun 14-də Vyanada İranla Təhlükəsizlik Şurasının beş veto hüququna malik üzvü, eləcə də Almaniya və Avropa Birliyi ilə razılaşdırılıb.

Ballistik raket texnologiyasına BMT qadağası 8 il, silah embarqosu 5 il qüvvədə qalacaq. Nüvə texnologiyasına qadağanın müddəti isə 10 ildir. Qətnamə layihəsində belə deyilir.

Geri qayıt