Əsas Səhifə > Dünya > Koalisiya zərbələrindən dinc sakinlər də ölür
Koalisiya zərbələrindən dinc sakinlər də ölür4-08-2015, 10:03 |
Son bir ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İraq və Suriyada İslam Dövləti (İD) qruplaşmasına hava zərbələrindən azı 459 nəfər ölüb. Bunu avqustun 3-də müstəqil monitorinq qrupu olan Airwars yayıb. Bu layihə yaraqlılara qarşı beynəlxalq hava zərbələrinin monitorinqini aparır. Qurum bildirir ki, 57 zərbə nəticəsində dinc sakinlər həlak olub, eləcə də 48 halda “dost atəşindən” ölüm qeydə alınıb. Hava zərbələrin nəticəsində 15 mindən çox İD üzvünün öldürüldüyü bildirilir. Airwars İD-nin tutduğu ərazilərdə informasiya yoxlamaq və təsdiqləməyin çətin olduğunu da bildirir. Ancaq istənilən halda həlak olan dinc sakinləri sayı 591-i də aşa bilər. Ancaq koalisiya indiyədək cəmi iki dinc sakinin öldüyünü etiraf edib və 10 ölüm üzrə araşdırma aparır. ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib ki, Birləşmiş Ştatlar hesabatda deyilənləri araşdırır. Geri qayıt |