Əsas Səhifə > Dünya > Rusiya hakerlərindən şübhələnirlər
Rusiya hakerlərindən şübhələnirlər7-08-2015, 10:17 |
ABŞ Silahlı QÜvvələri Baş Qərargahının email şəbəkəsinə kiberhücuma görə əsas şübhəli sayılan Rusiyadır. Hücum nəticəsində hərbi komandanlıq sistemi bağlamalı olub. Xəbəri ABŞ rəsmiləri avqustun 6-da yayıb. Emailə əlavə olunmuş məlumatları ikinci dəfə yoxlayanda sistemə virus salırlar. Hakerlər sürətlə xeyli məlumat toplayan avtomatlaşmış sistemdən istifadə ediblər, ancaq hansısa məxfi informasiyanın ələ keçirilmədiyi bildirilir. Rəsmilər Reuters-ə deyiblər ki, hücumda xarici dövlətin izləri var. Hazırda araşdırma gedir. Hücumun Pentaqonun qalan hissəsinə təsiri olmayıb. Geri qayıt |