Əsas Səhifə > Dünya > İraqda baş nazirin müavini istefa verir

İraqda baş nazirin müavini istefa verir


11-08-2015, 09:16
İraqda baş nazirin müavini istefa verir
İraqda baş nazirin üç müavinindən biri istefa verib. Ona qarşı korrupsiya ittihamları araşdırılacaq. Məlumatı avqustun 10-da rəsmilər yayıb.

Bu, baş nazir Haider al-Abadi-nin islahatlar səylərinin ilk nəticəsi sayılır. Abadi ötən həftəsonu sistemdə islahatlar üçün tədbirlərini elan edib. O, vitse-prezident və baş nazirin müavinləri postlarının azaldılmasını təklif edib.

Daha öncə ölkədə hökumət əleyhinə kütləvi etirazlar keçirilib.

Baş nazirin enerji məsələləri üzrə müavini Baha al-Araji-nin istefası Abadi-nin təmizləmə işinə başladığını göstərir.

Araji nüfuzlu şiə ruhanisi Moqtada al-Sadr-ın şiə hərəkatının üzvüdür və görünür, vəzifəsini də həmin üzvlüyə görə alıb. Ancaq Sadr artıq Abadi-yə qoşulub və Araji-nin istefasına göstəriş verib. Araji-nin ölkədən çıxması da qadağan olunub.

Geri qayıt