Əsas Səhifə > Dünya > Bin Ladenin oğlu “Amerika üzərinə hücum əmri verib”

Bin Ladenin oğlu “Amerika üzərinə hücum əmri verib”


15-08-2015, 11:03
Bin Ladenin oğlu “Amerika üzərinə hücum əmri verib”
Əl-Qaeda təşkilatı özünün keçmiş lideri Osama bin Laden-in oğlu Hamza bin Laden-ə aid olduğu iddia edilən səs mesajı yayıb.

Bu ilk dəfədir ki,əl-Qaedanın təbliğat mesajında Hamza bin Laden təşkilatın üzvü olaraq təqdim edilir.

Əl-Qaeda tərəfdarlarının Tvitterdə paylaşdığı audiomesajda “Hamza bin Laden, ABŞ və onun müttəfiqləri üzərinə hücuma çağırıb”.

Osama bin Laden öldürüləndən bəri təşkilata liderliyi rəhbərlikdə ikinci şəxs olmuş Ayman al-Zawahiri edir.

Hamza Bin Laden-nin hazırda harada olduğu bilinmir. Onun indi 20-25 yaşlarında olduğu söylənir.

2001-ci ildə ABŞ-ın rəhbərliyi altında Əfqanıstana müdaxilənin Əl-Cəzirə tərəfindən yayınlanmış videosunda Hamza-nın Taliban sıralarında olduğu görünür.

Onun əl-Qaedanın internet saytında yerləşdirilmiş audio müraciətində Kabul, Bağdad və Qəzzadakı tərəfdarlar Vaşinqton, London, Paris və Tel-Əviv üzərinə müqəddəs cihada çağırılır.

Geri qayıt