Əsas Səhifə > Dünya > Putin Fransadan 1 milyard avro qoparır
Putin Fransadan 1 milyard avro qoparır17-08-2015, 09:46 |
Fransa iki ədəd "Mistral" gəmisinin Rusiyaya satılması ilə bağlı müqaviləni pozduğuna görə 1 milyard avroya yaxın vəsait ödəyəcək. ANS PRESS-in məlumatına görə, bu barədə cümə günü ölkənin İnter radiostansiyasına müsahibəsində Fransanın maliyyə naziri Mişel Sapen bildirib. O, fransız KİV-lərində yayılan "Mistral" gəmiləri üçün kompensasiyanın ümumi məbləği 2 milyard avro olacaq" barədə məlumatları təkzib edib: "Bütün rəqəmlər təqdim ediləcək, hər şey şəffaf olacaq. Siz məndən soruşursunuz ki, bu rəqəm 2 milyard avro olacaqmı, məndə rəsmi şəkildə cavab verirəm ki, belə bir rəqəm yoxdur və bu, 1 milyard avrodan az olacaq." Onun sözlərinə görə, Rusiya ilə müqavilənin pozulması məsələsinə avqustun sonuna kimi hökumət tərəfindən baxılacaq. "Le Canard Enchaine" fransız həftəlik nəşri daha əvvəl etibarlı mənbələrə istinad edərək yazıb ki, Fransanın gəmi alqı-satqısı ilə bağlı itkisi 2 - 2,4 milyard avro qiymətləndirilir. Fransasının sabiq prezidenti Nikola Sarkozinin Respublikaçılar və sağ radikal yönümlü "Milli Cəbhə" partiyaları Rusiya ilə müqavilənin pozulma səbəblərinin dəqiq araşdırmasını tələb edir. Ümumiyyətlə, hər iki gəmi 2011-ci ildə Rusiya ilə bağlanmış 1,2 milyard dollarlıq müqaviləyə əsasən, rus donanması üçün hazırlanıb. Sözügedən müqavilə ilə bağlı uzun müddətdir müzakirələr gedir. Rusiyanın Ukraynada törətdiklərinə görə NATO müttəfiqləri Parisə təzyiq göstərir və gəmiləri çatdırmamağı tələb edirlər. Bundan əlavə, prezident Fransua Olland Ukraynada inkişaf olmadığını əsas gətirərək hər 2 gəminin çatdırılmasını “növbəti xəbərdarlığa” qədər təxirə salıb. Moskva isə ölkənin şərqində rusyönümlü separatçıları silahlandırmaqda ittiham olunur. Rusiya dəfələrlə xəbərdarlıq edib ki, Fransa sözünün üstündə durmasa, bunun nəticəsi pis ola bilər: "Fransa sonda müqavilənin şərtlərini pozsa, Rusiya məhkəməyə müraciət edib, cərimələr tətbiq edəcək." Prezident Vladimir Putinin köməkçisi Vladimir Kojin bu günlərdə bildirib ki, Fransa iki ədəd "Mistral" hərbi gəmini Moskvaya satmaqdan imtina etdiyinə görə rəsmi Paris Rusiyaya kompensasiya ödəməyə razılaşıb. Bu məsələyə dair Fransa ilə Rusiya arasında danışıqlar yaxşı keçib. Hər şey - kompensasiyanın miqdarı və ödənilməsi cədvəli həll olunub. Onun sözlərinə görə, gəmilərə dair müqavilənin dəyəri 1.2 milyard avro təşkil edir. Rusiya bu gəmilərə görə Fransya 840 milyon avro həcmində ödənişin bir qismini köçürüb. Helikopter daşıyıcısı olan həmin gəmilərdən birincisi - "Vladivostok" adlı gəmi Rusiyaya 2014-cü ilin noyabr ayında verilməli idi. Xatırladaq ki, “Mistral” gəmiləri Fransa hərbi-dəniz sənayesinin tacıdır. Fransa donanmasında bu gəmiləri "isveç cib bıçağı" da adlandırırlar. Bu gəmilər 12 hücum vertolyotu, 60 zirehli nəqliyyat vasitəsi və 12 tank daşımaq imkanına malikdir. Gəmiyə həmçinin 700 əsgər və bütöv hospital sığır. Geri qayıt |