Əsas Səhifə > Dünya > Çin polisi kibercinayətlərdə şübhəli bilinən 15 min nəfəri həbs edib
Çin polisi kibercinayətlərdə şübhəli bilinən 15 min nəfəri həbs edib19-08-2015, 09:13 |
Çin polisi kibercinayətlərdə şübhəli bilinən 15 min nəfəri həbs edib. Hökumət İnternet üzərində nəzarəti gücləndirir. Xəbəri avqustun 18-də İctimai Təhlükəsizlik Nazirliyi yayıb. Polis ölkə üzrə 7 min 400 mümkün kibercinayəti araşdırıb. Onlara 66 min vebsayt üzərində həkinq, onlayn dələduzluq, şəxsi informasiyanın qanunsuz satışı daxildir. Hakimiyyət interneti təmizləmək üçün iyulda altı aylıq xüsusi əməliyyat başlayıb. Ancaq cinayətlərin bəzilərinin tarixi dekabra təsadüf edir. Pekin interneti qanunlarla idarə olunası virtual ərazi sayır. Bu yaxınlarda hakimiyyət ötən həftəki partlayışlarda ölü sayını şişirtməyə görə bir nəfəri saxlayıb. Bir qadın isə atasının həmin partlayışlarda öldüyünü iddia etməsinə görə saxlanıb. Tyantsin şəhərindəki faciədə azı 114 nəfər həlak olub. Nazirlik bildirir ki, saxlanan şübhəlilər şirkətlərin, bankların və hökumət agentliklərinin saytlarına hücum ediblər. Geri qayıt |