Əsas Səhifə > Dünya > Almanlar türk millətinin ən böyük düşmənidir
Almanlar türk millətinin ən böyük düşmənidir27-08-2015, 09:56 |
PKK-nı silah və pulla təmin edən Almaniya həm də Türkiyəni təzyiq altında saxlamağa çalışır Bu günlərdə Türkiyə qırıcılarının bombardmanı nəticəsində Qəndil dağında ölən, kod adı "Dilsoz Bahar" olan, Almaniya vətəndaşı Kevin Joaçimin cəsədinin vətəninə məhz Türkiyə dövləti üzərindən aparılmasına göstərilən cəhdlər Berlinin türk milləti əleyhinə çox xain planlar həyata keçirdiyini ortaya çıxardı. Elə Qəndil dağındakı mənbələrin türk kəşfiyyatına ötürdüyü xəbərə əsasən adıçəkilən alman PKK düşərgəsində təlim keçirmiş. Özü də tək olmayıb, o, öldürülsə də, hazırda terrorçuların düşərgəsində daha 6 Almaniya vətəndaşı olan silah mütəxəssisi təlim keçməkdədir. Bu yerdə onu da xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan hələ baş nazir olarkən Almaniyanın adını terroru dəstəkləyən ölkələr sırasında çəkmişdi. Maraqlıdır, tarixən Türkiyə ilə müttəfiq olan Almaniya niyə türklərlə düşmənçilik edir? Müşahidəçilərin böyük hissəsi bunu əsasən kürdlərin Almaniya xeyli çəkiyə malik olması ilə əlaqələndirirlər. Üstəlik, PKK-nın başlıca maliyyə qaynaqları da bu ölkədə yerləşir. Yəni PKK və əlaltılarının Berlin üzərində təsiri qaçılmazdır. Məlumata əsasən, bu gün Almaniyada PKK-ya maliyyə dəstəyi verən 13 min mənbə mövcuddur. Kürdlər Almaniya ərazisini üç yerə - "Şimal", "Mərkəz" və "Cənub" idarə mərkəzinə bölərək fəaliyyət göstərirlər. Bölgü bununla bitmir, həmin üç mərkəz ümumilikdə 28 bölgəyə, onlar da özək təşkilatlara və son olaraq təşkilatlar da hücrə evləri səviyyəsində qərargahlara ayrılır. Terrorçu təşkilatın üzvləri elə təlimatlandırılıblar ki, istənilən an təcili hərəkətə keçə bilərlər. Həm də PKK Almaniya fəaliyyət mexanizmini möhkəm qurduğu üçün Berlin hökuməti istəsəydi belə yaxın gələcəkdə bu təşkilatın fəaliyyətini dayandıra bilməzdi... Bu gün Almaniya PKK-ya siyasi və silahlı mübarizə aparması üçün Avropada ən güclü dəstək verən ölkədir. "Humanitar yardım" adı altında hər il toplanan on milyonlarla avro vəsait PKK-nın silahlanmasına və özünü idarəetməsinə sərf olunur. Hətta çoxlu sayda kürd mənşəli iş adamları da var ki, onlardan mütəmadi olaraq bu məqsədlə "haqq" alınır. Sonra isə həmin pullar əsasən Türkiyə və İraq Kürdüstanı üzərindən PKK terrorçularına çatdırılır. Bu transfer isə PKK-nın "İqtisadi və Maliyyə bürosu" tərəfindən heç bir rəsmi prosedur olmadan xüsusi kuriyerlər vasitəsilə təşkilata çatdırılır. PKK həm də narkotik qaçaqmalçılığından da külli miqdarda vəsait qazanır. Ərdoğanın özünün vaxtilə dediyi kimi, hər il Almaniyadakı təxminən 189 vəqf və dərnəkdən PKK-ya orta hesabla 300 milyon avro göndərilir. Yeri gəlmişkən, rəsmi Ankara həmin vəqf və dərnəklərin hətta ünvanlarına qədər haqqında məlumat verən siyahını dəfələrlə Almaniya hökumətinə təqdim etməsinə baxmayaraq, onlara maneə törədilmir. Bu arada qeyd edək ki, həmin kürd maliyyə mənbələri arasında çoxlu ticarət mərkəzləri, toy, sünnət, Həcc ziyarətləri kimi tədbirlər keçirən şirkətlər, hətta kiçik sənaye müəssisələri mövcuddur. Əslində, PKK-ya hər mənada dəstək çox ölkədən verilib. Almaniya sadəcə bunlardan birincisidir. Əlimizdəki siyahıdan bəzi dövlətlərin adlarını sıralayaq: PKK Rumıniyadan ticari əlaqələr saxlamaq məqsədilə bir baza kimi istifadə edir. Onlar Rumıniyada Kürd İş adamları dərnəyi yaradıblar və "Mesopotamiyanın səsi" adlı jurnal da buraxırlar. Hətta Türkiyədə metropollara və turist bölgələrinə qarşı hücumların planları da məhz bu ölkədə hazırlanır. Burada püxtələşən təşkilat üzvləri Yunanıstana göndərilir, orada hərbi təlim keçir və sonda bombalı terror aktlarını törətmək üçün Türkiyəyə keçirlər. Niderland PKK-nın siyasi mərkəzi sayıla bilər. Çünki terror təşkilatı 1995-ci il aprelin 12-də Niderlandın Lahey şəhərində qondarma Kürd parlamenti yaradıb. Məlumata əsasən, Türkiyə vətəndaşı olan kürdlərdən zorla pul yığılır və PKK-nın silahlanmasına xərclənir. Təşkilat bu ölkədə bir sıra dərnəklər vasitəsilə mövcudluğunu qorumaqdadır. Suriya da PKK-nın dostları sırasındadır. Yeri gəlmişkən, Suriya tərəfi həmişə içməli su problemi və Xatay vilayətinə iddialarını əlində bayraq edərək PKK-nın yanında yer alıb. Hətta PKK-nın həbsdə olan lideri Abdullah Öcalan xeyli müddət terrorçularını məhz Suriya ərazisindəki qərargahından idarə edib. Kürdistan muxtariyyətinin timsalında İraq da PKK-nın təlim-qərargahı sayılıb. Bu günün özündə də İraqın şimalı - Qəndil dağları PKK-nın Türkiyəyə qarşı xain hücumlarının təşkil edildiyi mərkəz olaraq qalır. Hətta PKK istəyir ki, Niderlandda fəaliyyət göstərən qondarma kürd parlamentini də Qəndilə köçürsün. İsraillə PKK arasında əvvəldən də bağlılıq vardı. Məlumata əsasən, İsrail hətta dövlət olaraq dəstəkləməsə belə, MOSSAD-dan ayrılmış və ordudan tərxis olunmuşlar hazırda PKK-nın təlimləndirilməsində strategiyasının müəyyənləşdirilməsində rol oynayırlar. Xüsusilə böyük şəhərlərdə bomba hücumlarının İsrail mütəxəssisləri tərəfindən planlaşdırıldığı güman edilir. Son vaxtlar adı daha çox hallanan İranın da bu təşkilatla əlaqəsi olduğu deyilir. Məlumata əsasən. PKK-nın İran ərazisində təlim düşərgələri mövcuddur. Hətta PKK-nın başında dayananların İranın yüksək rütbəli məmurları ilə əlaqə saxlamasına dair də məlumatlar sızdırılır. Bolqarıstanda kommunist hakimiyyətinin dəyişməsi səbəbindən baş alıb gedən qarışıqlıqdan istifadə edən PKK-çılar və onların bu ölkədəki havadarları təşkilatlanmağa macal tapıblar. Bu gün PKK Bolqarıstan ərazisindən Avropa ilə Türkiyə arasında tranzit olaraq yararlanır. İtaliya hökuməti PKK-ya bu ölkədə fəaliyyət göstərməsinə icazə verməyəcəyini desə də, 1998-ci il sentyabrın sonlarında terrorçuların burada konfrans keçirməsi Roma ilə Ankara arasında problemə səbəb olmuşdu. İtaliya Yaxın Şərqdə istehsal olunan heroinin ən böyük alıcısı və tranzitçisidir. Məlumata görə, PKK-nın bu ölkə ərazisində ən iri narkotik maliyyə mənbələri var ki, onların da arxasında vəzifəli şəxslər dayanıb. PKK-nın İtaliyada Kürdistan Mədəniyyət Dərnəyi, Kürdistan İnformasiya Bürosu, ERNK Bürosu-Roma, Kürd Dostluq Dərnəyi və digər qurumları fəaliyyət göstərir. Rusiya PKK-nın yaradıcılarındandır. Kürdistan Milli Qurtuluş Cəbhəsi (ERNK), Beynəlxalq Kürd Mədəniyyət Mərkəzi, Kurt-Rus Dostluq Dərnəyi və sair bu ölkədə yerləşir. PKK-çılar Rusiyada çox yazşı maliyyə mənbəyi kimi istifadə edir və hətta rəsmi Moskva kürdlərə bir sıra beynəlxalq səviyyəli anti-Türkiyə mahiyyətli konfranslar keçirməyə icazə verib. Məsələn, PKK-nın yaratdığı qondarma Kürd Məclisi 1995-ci ildə Moskvada üç günlük konfrans keçirib. Böyük Britaniya PKK-nın siy asi müstəvidə təlimləndirilməsi üçün əsas rolu oynayıb. Amma ingilislər bunu həmişə üçüncü tərəfin vasitəsilə etdikləri üçün iz qoymamağa çalışırlar. Eləcə də London müxtəlif səviyyələrdə dəfələrlə Türkiyəni kürdlərə qarşı ayrı-seçkilik etməkdə günahlandırıb. Fransa küprdlərin və PKK-nın dostu olaraq tanınır. Fransa həmişə PKK-nın Avropa ölkələrindəki bölmələri arasında başlıca koordinator olub. Avstriya hökuməti hər zaman PKK-ya və onun törəməsi olan təşkilatlara xoş rəftarı ilə diqqət çəkib. Avstriya ərazisi adətən kürdlərin anti-Türkiyə tədbirlərinin keçirildiyi ölkəyə çevrilib. Ümumiyyətlə, kürdlər Avstriyada Türkiyənin əleyhinə istənilən tədbiri keçirə və təşkilat yaradıb qeydiyatını təsdiqlədə bilərlər. İsveçrə ərazisi də PKK-nın fəaliyyəti üçün açıqdır və kürdlər burada Türkiyənin əleyhinə istənilən addımı atmaqda azaddırlar. İsveç hökuməti isə PKK-çı dərnəklərin mərkəzidir. Hətta vəziyyət o yerə çatıb ki, hökumət PKK-nın terror aktlarını qınaya bilmir. İsveçdəki azadlıqdan istifadə edən PKK orada yaşayan türkiyəli kürdlərdən zorla pul toplayır. Ümumiyyətlə, 42 kürd dərnəyi İsveçdə federasiya şəklində birləşib. Danimarka da kürdlərin məsələsinə və PKK-nın terrolr aktlarına azadlıq mübarizəsinin göstəricisi kimi baxır və hətta əziyyət çəkən Türkiyəni qınayır. Finlandiya bir qədər də irəli gedərək "Kürd məsələsi", "Əzilmiş bir xalqın mübarizəsi" və sair kimi mövzuları həmişə gündəmində tutmaqdadır. Hətta paytaxt Xelsinkidə Fin-Kükd dostluq cəmiyyəti fəaliyyət göstərir. Serbiya da həmişə PKK-nın ən yaxın təminatçısı olub. İllər boyu Türkiyəyə qarşı istifadə etdiyi axır silahları, hətta raketləri Serbiyadan alan PKK bu gün Belqradla əlaqələrini qoruyur. Yunanıstanda PKK-nın ən iri təlim düşərgələri fəaliyyət göstərir. Ümumiyyətlə, Afina kürdləri Türkiyə dövlətinin bütövlüyünə qarşı çıxaran ən güclü mərkəzlərdən biridir. Belçikada da PKK-nın fəaliyyətinə, onun müxtəlif adlarda təşkilatlar yaratmasına və özünə maliyyə mənbələri tapmasına rəsmən icazə verilir… Mövzumuhzu tamamlamaq üçün yenə qayıdaq yazımızın əsas qayəsirnə - Almaniyaya. Niyə bu ölkə çox vacibdir PKK məsələsində? Ona görə ki, Avropanın mərkəzində yerləşən və qitənin ən iri dövləti, dünyanın ən böyük iqtisadi güclərindən biri olan Almaniya tarixən müttəfi hesab edilən Türkiyənin maraqlarını qoruya bilsə, güman ki, PKK-nın koordinasiası zəifləyəcək və maliyyə qaynaqları da yetərincə toplanış edə bilməyəcək. Çünki Almaniya elə geosiyasi mövqedədir ki, bir qayda olaraq Avropanın bütün dövlətləri sərhədləri boyunca birləşməyə qoymur. Həm də rəsmi Berlin PKK-ya qarşı mübarizəyə qalxarsa və Avropanın digər subyektlərinə də bu mənada iəsir göstərərsə, bu PKK-nın sonu olardı. Axı türkün Avropada ən çox ərk etdiyi dövlət Almaniyadır və almanların səhv siyasəti ucbatından iki dəfə (1-ci və 2-ci dünya savaşları nəzərdə tutulur - V.T.) zərbə altında qalıb… Geri qayıt |