Əsas Səhifə > Dünya > Sabiq partiya sədri nazirlik vəzifəsi təklifini rədd etdi

Sabiq partiya sədri nazirlik vəzifəsi təklifini rədd etdi


28-08-2015, 09:08
Sabiq partiya sədri nazirlik vəzifəsi təklifini rədd etdi
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Antalya Millət Vəkili Dəniz Baykal ona təklif edilən nazirlik vəzifəsini rədd edib.

Baykal belə bir addım atmasının səbəbini baş nazir Əhməd Davudoğluya ünvanladığı 3 səhifəlik məktubunda açıqlayıb.

“Yeni hökumətin qurulması istiqamətində görülən işlər uğursuzluqla nəticələndikdən sonra bu vəzifənin ana müxalifət partiyasına verilməməsi doğru deyil. Belə bir mövqe siyasətə, demokratiyaya, hüquqa və partiya liderlərinə qarşı eqoist və başqalarına xor baxma mövqeyidir. Rəhbərlik 7 iyunda seçilmiş parlamentə, sanki, qüsurlu mal kimi baxır. Parlament seçkilərində millət öz iradəsini ortaya qoysa da, Türkiyə artıq bir neçə aydır ki, köhnə tək partiyalı sistemlə və köhnə fikirlə idare edilir.” - deyə Dəniz Baykalın açıqlamasında bildirilib.

Baykalla yanşı CHP-dən olan daha 4 millət vəkili və MHP-dən olan 2 millət vəkili baş nazir Əhməd Davudoğlunun müvəqqəti hökumətin nazirlər kabinetinin üzvü olmaq təklifini qəbul etməyib.

Həmçinin, Xalqların Demokratik Partiyasından (HDP) Levənt Tüzəl də nazirlik vəzifəsindən imtina edib. “Daimi olaraq anti-demokratik təzyiqləri ilə qayda-qanun tanımayan, xalqa hücum edən, Xalqların Demokratik Partiyasına qarşı təzyiqlər göstərən bir rəhbərliklə, hətta, müvəqqəti olsa belə, müvəqqəti hökumətin tərkibində vəzifəyə təyin olunmağı qəbul etmirik”. Levənt Tüzəl belə deyib.

Geri qayıt