Əsas Səhifə > Dünya > Ruhani: "İran xalqı “Amerikaya ölüm” arzulamır"

Ruhani: "İran xalqı “Amerikaya ölüm” arzulamır"


19-09-2015, 09:58
Ruhani: "İran xalqı “Amerikaya ölüm” arzulamır"
“İran xalqı “Amerikaya ölüm” arzulamır. Xalqımız amerikalılara hörmət edir.”

ANS PRESS-in məlumatına görə, bu sözləri ABŞ -ın “CBS” televiziyasına müsahibə verən İran prezidenti Həsən Ruhani deyib. Onun sözlərinə görə, cümə namazları zamanı tez-tez səslənən bu şüarlar ABŞ-ın əvvəlki siyasətinə bir reaksiyadır.

Ruhani əvvəlki siyasətə misal olaraq İran-İraq müharibəsində ABŞ-ın İraqın sabiq prezidenti Səddam Hüseynə dəstəyini göstərib.

Bir neçə gün əvvəl İranın paytaxtı Tehranda “13 Aban kompleksi”nin (ABŞ səfirliyinin binası) üzərində yazılmış şüarın silinməsini əks etdirən foto əvvəlcə sosial şəbəkələrdə yayılıb, daha sonra isə ölkə mediasına düşüb.

Fakt İranın bəzi mətbu orqanlarında müsbət qarşılanıb, bəzi qurumlar isə etiraz edərək, bunu islam inqilabını təhrif edənlərin cəhdi kimi qiymətləndirib.

Ölkənin "Basic” təşkilatı verdiyi bəyanatda bildirib ki, “Amerikaya ölüm” inqilabın şüarıdır və "bu şüar hər zaman divarları və binaları bəzəyəcək".

İranda “Amerikaya ölüm” şüarları silinsədə ABŞ-ın paytaxtı Vaşınqton şəhərinin küçələrini İran liderlərinin şəkillərinin əks olunduğu ananoji şuarlara rast gəlmək olar.

Posterlərdə inqilabın baş verdiyi 1979-cu il xüsusilə qabardılır. Daha sonra İran siyasətində özünəməxsus yeri olan, lakin özünün və oğullarının əmlakına İslam dövləti tərəfindən həbs qoyulduğu iddia edilən Əli Əkbər Haşimi Rəfsəncaninin fotosu paylaşılır.

Onun hakimiyyətdə olduğu 1995-ci ildə hər çıxışında ABŞ-a müharibə oxumuş Mahmud Əhmədi Nejat, nəhayət, İranın Dini lideri Ayətullah Seyid Əli Xomneyinin şəkli də var. Maraqlıdır ki, İranla ABŞ arasında razılaşmanı öz qələbəsi kimi sayan Həsən Ruhaninin şəkli nümayiş olunmur.

Bir neçə gün əvvəl İranın dini lideri, ABŞ-ı şeytan adlandırmış, nüvə sazişindən başqa Amerika ilə heç bir əlaqə qurmayacaqlarını söyləmişdi.

İyulun 13-də İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın ("altılıq ölkələrinin ") apardığı nüvə müzakirələrində razılıq əldə olunub.

İran ilə razılaşma çərçivəsində BMT silah embarqosu 5 il qüvvədə qalacaq. Mərmi sanksiyaları isə hələ 8 il qüvvədə saxlanılacaq.

İran və dünyanın altı dövləti - ABŞ, Britaniya, Fransa, Çin və Rusiya, eləcə də Almaniya arasında danışıqlar 2006-cı ildə başlayıb.

Geri qayıt