Əsas Səhifə > Dünya > “Bin Ladenin cangüdəni” azad olundu
“Bin Ladenin cangüdəni” azad olundu23-09-2015, 08:17 |
Bir vaxtlar əl-Qaeda lideri Osama bin Ladenə cangüdənlik etdiyi söylənən səudiyyəli Quantanamo buxtasındakı düşərgədən azad edilib. Pentaqon xəbər verir ki, 39 yaşlı Abdul Shalabi Səudiyyə Ərəbistanına köçürülüb. Shalabi 2001-ci ildə Pakistan qüvvələri tərəfindən həbs olunmuş və ABŞ-a göndərilmişdi. O, Quantanamo həbsxnasında uzun müddət aclıq aksiyası keçirmişdi. Shalabinin indi Səudiyyə Ərəbistanında bərpa kursu keçəcəyi gözlənilir. Qunatanamoda hazırda 114 məhbus var. Onlardan 52-sinin etaplanması barədə qərar qəbul edilib. Geri qayıt |