Əsas Səhifə > Dünya > Kremlin İsrailə böyük tələsi: Müsəlman terrorçular...

Kremlin İsrailə böyük tələsi: Müsəlman terrorçular...


23-09-2015, 08:35
Kremlin İsrailə böyük tələsi: Müsəlman terrorçular...
İsrailin təhlükəsizliyi üçün zəmanət Putinlə razılaşma yox, rus hərbçilərinin Suriyadan qovulmasıdır.

Axar.az xəbər verir ki, bu sözlər ukraynalı jurnalist Vitali Portnikovun “İnforesist.org” saytındakı yazısında yer alıb. Onun sözlərinə görə, Rusiya silahları İsrailin təhlükəsizliyi üçün ciddi təhdiddir:

“Təsəvvür edin ki, İsrailin pilotsuz aparatları Suriyada Hizbullaha İran raketləri daşıyan kolonu görürlər. İsrail aviasiyası onlara zərbə endirir, amma təsadüfən bu zərbə rus hərbçilərini məhv edir. Putin əsəbiləşir və diplomatik böhran başlayır. Bu, hətta ən pis ssenari olan hərbi qarşıdurmaya da keçə bilər. Lakin bu hələ gecə kabusu deyil. Ona görə ki, bu tip toqquşmaların qarşısını danışıqlarla almaq olar. Netanyahunun Moskvaya Baş Qərargah rəisi və hərbi kəşfiyyat rəisi ilə gəlməsi, bunun ardınca isə İsrail və Rusiya orduları arasında koordinasiya mexanizmlərinin yaradılması ilə bağlı açıqlamaları təsadüf deyildi. Əsas kabus məhz bu razılaşmalardan kənarda qalır. Putin Donbasa hücum edəndə bu əməliyyatlar hibrid müharibəsinin davamı kimi düşünülmüşdü. Bunun ardınca ukraynalı separatçıların əlinə “Buk”lar keçmişdi. Onlarla təyyarələri vurmaq mümkün idi. Hətta Malayziya təyyarəsi də bununla vuruldu. Məhz buna görə də şübhələnməyə ehtiyac var. Əgər Rusiyanın müasir silahları Bəşər Əsədin döyüşçülərinə verilməyə başlansa, əvvəl-axır onlar Hizbullahın və digər radikal qruplaşmaların əlinə keçəcək. Yaxın Şərqin hökmdarı kimi təsdiq olunmaqdan ötrü Rusiya həmin qrupların nə isə almasına, oğurlamasına icazə verəcək. Bu silahlar isə sonda yenə də İsrailə qarşı çevriləcək. Ona görə də İsrail ekspertləri Əsədin hakimiyyətdə saxlanılması məsələsində Putinlə vahid hərəkət etməkdən bəhs edəndə bilin ki, yalan danışırlar.

Doğrudur, Əsədin düşmənlərinin bir hissəsinin ağlı başında deyil, amma onların əlində Putinin Suriyaya gətirmək istədiyi müasir silahlar yoxdur. Sadəcə yoxdur. Əgər Əsəddə indiyə qədər yox idisə, bundan sonra mütləq olacaq. Onlar Hizbullahın da əlinə keçəcək. Hətta həmin silahlar Yaxın Şərqdəki bütün qrupların əlində olacaq. Ona görə də İsrailin təhlükəsizliyi üçün zəmanət Putinlə razılaşma yox, rus hərbçilərinin Suriyadan qovulmasıdır.

Putin bu tip müasir silahların konflikt tərəflərinə verilməsi moratoriyasına (dövlətin öhdəliklərini yerinə yetirilməsi vaxtının geri çəkilməsi, yaxud hər hansı bir hərəkətdən imtina edilməsi – red.) əməl etmir. Əks halda biz böyük müharibənin və böyük faciənin sərhədində olacağıq. Bu, Malayziya “Boinq”inin məhvindən daha ciddi nəticələr doğuracaq”.

Geri qayıt