Əsas Səhifə > Dünya > Ərdoğanla Putin razılaşdı: Yaxın Şərq strategiyasi dəyişir
Ərdoğanla Putin razılaşdı: Yaxın Şərq strategiyasi dəyişir26-09-2015, 09:52 |
Moskva görüşü indiyə qədər baş tutan bir çox görüşlərdən fərqlənəcək. Bu sözləri Axar.az-a açıqlamasındaTürkiyə Rusiya pezidentlərinin Moskvada reallaşan görüşünü şərh edərkən analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, hər iki prezidentin görüşü hazırda diqqət mərkəzində olan bir hadisədir: “Görüşlə bağlı müxtəlif fikirlər səslənir.Ancaq bu görüşün əsasını Yaxın Şərq və postsovet məkanındakı münaqişələrlə bağlı müzakirələrin təşkil etdiyinə heç bir şübhə yoxdur. Zənnimcə, bəzi siyasi səbəblərdən dolayı Ərdoğanla Putinin bir araya gəlməsi çox ciddi siqnaldır. Çox güman ki, görüş çərçivəsində Yaxın Şərqlə bağlı bir çox strateji addımlara, özəlliklə Suriya məsələsinə dair ciddi fikir mübadiləsi aparılıb.Yəqin ki, müzakirələrin nəticələri yaxın zamanlarda özünü büruzə verəcək. Açılışda Ərdoğanın çıxışı Yaxın Şərqlə bağlı çox mühüm bir mesaj idi. Bu mesajı bundan sonar Yaxın Şərqlə bağlı xüsusi planları olan bəzi qüvvələrə və onların strategiyasına yönəlik xəbərdarlıq da hesab etmək olar”. Analitik Moskvaya səfər edən türk heyətlərə də diqqət çəkib: “Əsas müzakirə predmetlərindən biri də iqtisadi məsələlərdir. Bunu Rusiyaya səfər edən türk heyətlərdən də görmək mümkündür. Bu heyətin tərkibində enerji və iqtisadiyyat nazirləri təmsil olunurdu. Aydındır ki, müzakirə masasına enerji məsələləri, qazla bağlı endirimlər və eləcə də iki ölkə arasında ticarət dövriyyəsinin artırılması da yatırılıb. Çünki ən azından iki ölkə arasındakı diplomatic protokol qaydaları bunu diqtə edir”. Qeyd edək ki, sentyabrın 23-də Putinlə Ərdoğan Moskvada Mərkəzi Məscidin açılışını ediblər. Geri qayıt |