Əsas Səhifə > Dünya > "Türkiyə ilə Rusiya arasında iqtisadi əlaqələrə zərər dəyməyəcək"
"Türkiyə ilə Rusiya arasında iqtisadi əlaqələrə zərər dəyməyəcək"9-10-2015, 09:07 |
Rusiyanın Suriyada fəaliyyəti Türkiyə ilə Rusiya arasında iqtisadi əlaqələrə zərbə vurmayacaq. ANS PRESS-in məlumatına görə, Rusiya xarici işlər nazirinin mətbuat katibi Mariya Zaxarova belə bir açıqlama verib. Zaxarova iki ölkə rəhbərliyinin daimi olaraq əlaqə saxladığını qeyd edib: “Xüsusilə qeyd etmək istərdim ki, Rusiyanın Suriyada gördükləri tədbirlər bu ölkədə siyasi intizamı dəstək məqsədi güdür. Əks halda, Suriyada birliyi, ölkənin ərazi bütövlüyünü, stabilliyi və müxtəlif etnik qrupların birlikdə yaşamasını bərpa etmək mümkün deyil”. Zaxarova Rusiyanın Suriyada terrorçu qruplaşmaları və bu qruplaşmalara dəstək verənləri hədəfə aldığını əlavə edib. Rusiya hərbi qüvvələrinin baş qərargah rəisi Valeriy Gerasimov İŞİD üzvlərinin son bir ildə Əfqanıstanda da artması barədə xəbərdarlıq edib: “İŞİD öz təsir dairisini genişləndirmək üçün yeni əraziləri zəbt edir. Bizdə olan məlumata görə, hazırda Əfqanıstanda 2-3 min İŞİD döyüşçü fəaliyyət göstərir və bu rəqəm mütəmadi olaraq artmaqdadır” Gerasimov, eyni zamanda, Əfqanıstanda ötən il ilə müqayisədə narkotik istehsalının 20 faiz artdığını da qeyd edib. Rusiya qırıcıları Suriya ərazisini sentyabrın 30-dan bombalayır. Rusiya Suriyada əməliyyatları Su-25 və Su-24M təyyarələri ilə həyata keçirir. Geri qayıt |