Əsas Səhifə > Dünya > Amnesty kürdləri ittiham edir
Amnesty kürdləri ittiham edir13-10-2015, 09:58 |
Amnesty International hüquq-müdafiə təşkilatı Suriyada ABŞ-ın dəstəklədiyi kürd silahlıları hərbi cinayətlərdə ittiham edir. Həmin silahlılar minlərlə qeyri-kürd əhalini didərgin salmaqda, evlərini dağıtmaqda ittiham olunur. Qurum kürdlərin nəzarətində olan 10-dan artıq ərazidə baş verənləri sənədləşdirib. Kürdlərin YPG qruplaşması sakinləri qovub, evlərini dağıdıb. Kürd yaraqlılar bu il Suriyanın şimalında İslam Dövləti silahlı qruplaşmasından bəzi əraziləri geri ala bilib. Amnesty-nin böhran üzrə baş müşaviri Lama Fakih oktyabrın 13-də deyib ki, avtonom kürd administrasiyası “beynəlxalq hüquqa zidd hərəkətlər edir, hərbi cinayətlərə bərabər hücumlar təşkil edir”. YPG sözçüsü Redur Xelil bunu “saxta iddia” adlandırıb. Amnesty isə kürd silahlılarının yerli sakinləri məcburən didərgin salması barədə etiraflarını verir, silahlılar deyirlər ki, dinc sakinlər öz təhlükəsizlikləri üçün köçürülüblər. YPG ABŞ-ın İslam Dövləti (İD) silahlı qruplaşmasına qarşı kampaniyasında əsas tərəfdaşıdır. Türkiyə də əvvəllər bu qruplaşmanı nəzarətində olan ərazilərdən ərəb və türkmənləri məqsədli çıxarmaq ittiham edib, YPG təkzib edib. Geri qayıt |