Əsas Səhifə > Dünya > “Ruslar İŞİD məsələsində konstruktiv addım atmadıqca onlarla görüşmək kimi bir niyyətimiz yoxdur”

“Ruslar İŞİD məsələsində konstruktiv addım atmadıqca onlarla görüşmək kimi bir niyyətimiz yoxdur”


15-10-2015, 08:43
“Ruslar İŞİD məsələsində konstruktiv addım atmadıqca onlarla görüşmək kimi bir niyyətimiz yoxdur”
Rəsmi Vaşinqton Rusiyanın baş naziri Dimitri Medvedevin rəhbərliyindəki nümayəndə heyətinin iştirakı ilə görüş tələbini qəbul etməyib. ANS PRESS-in məlumatına görə, Ağ evin sözçüsü Coş Ernest gündəlik mətbuat brifinqində jurnalistlərə bu barədə məlumat verib. Ernest, ABŞ rəhbərliyinin indilik belə bir niyyəti olmadığını açıqlayıb.

“Konkret danışmaq lazımdırsa, ruslar İŞİD məsələsində konstruktiv addım atmadıqca onlarla görüşmək kimi bir niyyətimiz yoxdur.”

Rusiyanın Suriyada özünəməxsus fərqli planları olduğunu və bu istiqamətdə hərəkət etdiklərini deyən Coş Ernest rəsmi Moskvanın ABŞ rəhbərliyi ilə görüşmək istəməsinə təəccüblənmədiyini qeyd edib.

“Putinin çarəsizlik içində Rusiya hökumətinin 2-ci şəxsini rəsmi Vaşinqtonla görüşə yollayıb onlarla birlikdə addım atmaq istiqamətində danışıqlara cəhd etməsi təəccüblü deyil. Bu, kar biri ilə söhbət eləmək kimidir. Bu sadəcə ABŞ-la əlaqəli yox, həmçinin İŞİD-ə qarşı mübarizə aparan 65 ölkəni də əlaqədar edən bir vəziyyətdir. İrana aid hərbçilərin hələ də Suriya daxilində toplaşmaları barədə məlumatlar alırıq. Regionda baş verənləri yaxından izləyirik.”

Coş Ernest çıxışının sonunda rəsmi Moskvanın ABŞ rəhbərliyi ilə görüşmək tələbinə təəccüblənmədiyini təkrar vurğulayıb.

Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya hərbi aviasiyasına məxsus qırıcılar Suriya ərazisində hərbi əməliyyatlara başlayıb. Əməliyyat öncəsində bunun İŞİD-ə qarşı mübarizə olduğu bildirilsə də daha sonra rus qırıcılarının Əsəd rejiminə qarşı olan dinc əhalini bombardıman etdiyi iddia olunmuşdu.

Başda ABŞ olmaqla bir sıra Qərb dövlətləri Putinin bu addımını etirazla qarşılayıb.

Geri qayıt