Əsas Səhifə > Dünya > Norveç qaçqınları Rusiyaya qaytarır

Norveç qaçqınları Rusiyaya qaytarır


21-10-2015, 08:50
Norveç qaçqınları Rusiyaya qaytarır
Norveç hökuməti bildirir ki, sığınacaq axtaranların bəzilərini tezliklə Rusiyaya qaytarmağa başlayacaq.

Polisin məlumatına görə, 1600 suriyalı və digər miqrantlar bu Skandinaviya ölkəsinə Arktikadan və Rusiya-Norveç arasındakı Storskog sərhəd məntəqəsini keçməklə gəlib.

Bu təhlükəli marşrutu seçən suriyalıların 20-30 faizi Rusiyada qanuni yaşayırmış, hökumət oktyabrın 20-də bildirib.

Rusiya ilə 2007-ci il sazişinə əsasən, Rusiya vətəndaşlığı olan sığınacaq axtaranların işinə xüsusi qaydada baxılacaq. Ədliyyə naziri Anders Anundsen deyib ki, qorumaya ehtiyacı olmayan, Rusiyada qanuni yaşayışı olanlar Rusiyaya qaytarılacaq və bu adamlara “aydın siqnal” verilməlidir.

Geri qayıt