Əsas Səhifə > Dünya > Obama Ukraynaya silahın verilməsi haqqında qanuna veto qoydu

Obama Ukraynaya silahın verilməsi haqqında qanuna veto qoydu


23-10-2015, 08:46
Obama Ukraynaya silahın verilməsi haqqında qanuna veto qoydu
ABŞ prezidenti Barak Obama ölkənin 2016-cı il üçün müdafiə büdcəsinin layihəsinə veto qoyub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

Qeyd edək ki, bundan əvvəl sənəd hər iki palata tərəfindən qəbul edilib, lakin dövlət başçısı onu imzalamayacağını bəyan etmişdi. Obama bu qərarını sənəddə müdafiə xərclərinin 90 mlrd dollaradək artırılmasının nəzərdə tutulması ilə əlaqələndirib.

Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatasına nəzarət edən respublikaçılar prezidentin vetosunu dəf etmək üçün lazımi səs çoxluğuna malik deyillər. Beləliklə, prezident veto qoyduqdan sonra yenidən büdcə üzrə məsləhətləşmələrin davam etdiriləcəyi gözlənilir.

Qeyd edək ki, qanun layihəsində Ukraynaya 300 mln dollar məbləğində hərbi və kəşfiyyat sahələrində (döyüş silahı, sursat, pilotsuz təyyarələr, tank əleyhinə silahlar və minaatanlar) yardımın ayrılması nəzərdə tutulmuşdu.

Geri qayıt