Əsas Səhifə > Dünya > Ukraynada "exit-poll" nəticələri bilinib
Ukraynada "exit-poll" nəticələri bilinib27-10-2015, 08:48 |
Oktyabrın 26-da Ukraynada yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərlə bağlı “exit-poll” nəticələri bəllidir. Oktyabrın 26-da açıqlanmış ilkin nəticələr Prezident Petro Poroshenko hökumətinin ölkənin qərbində və mərkəzində dominant mövqeyini saxlayacağını göstərir. Cənub və şərq hissələrdə isə seçicilər daha çox Müxalifət Blokuna səs veriblər. Bu blok 2014-cü ilin əvvəlində devrilmiş rusiyapərəst prezident Viktor Yanukovych-in partiyasının üzvlərindən ibarətdir. . Poroshenko ilkin nəticələri alqışlayıb və deyib ki, bu, Rusiyanın ölkəyə nəzarət cəhdləri üzərində qələbədir. Oktyabrın 26-da Mərkəzi Seçki Komitəsi nəticələrin hələlik 30 faizini əldə etdiyini bildirib. Yekun nəticələrin noyabrın 4-də açıqlanacağı gözlənir. Geri qayıt |